Rodriqes Bonilyaya çatdı

"Zirə"nin hücumçusu Xulio Sezar Rodriqes Azərbaycan Premyer Liqasında 3-cü dəfə dubla imza atıb.

Newsport.az "Zirə"nin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, paraqvaylı futbolçu XII turda “Keşlə”nin qapısından 2 top keçirib.

Rodriqes ilk iki dubluna ötən mövsüm səfər görüşlərində nail olub. Onun iki qol vurduğu ilk komanda da “Keşlə” olub və "Zirə" həmin matçda 3:1 hesabı ilə qalib gəlib. Bu görüşdən 6 gün sonra – mayın 11-də “Sabah”la rəqib meydanındakı qarşılaşmada da iki top vuran forvard 3:0 hesablı qələbədə rol oynayıb.

Cari mövsümdə ilk dublunu gerçəkləşdirən Xulio ümumilikdə 3-cü dəfə buna nail olmaqla salvadorlu hücumçu Nelson Bonilyanın rekordunu təkrarlayıb. Paraqvaylının dublları eyni ilə, lakin fərqli mövsümlərə təsadüf edibsə, Bonilya eyni mövsüm, amma fərqli illərdə bunu gerçəkləşdirib.

O, 2015/16 mövsümündə “Kəpəz” və “Rəvan”a ev, “Qəbələ”yə səfərdə 2 qol vurub. İlk görüş 2015, digərləri 2016-da baş tutub.

Qeyd edək ki, bu, “Zirə”nin futbolçularının Premyer Liqada 16-cı dublu olub. Hərəyə üç dəfə fərqlənən Bonilya və Rodrigesdən başqa daha bir oyunçu bir dəfədən artıq dubl müəllifidir. Bu, iki belə uğuru olan Təmkin Xəlilzadədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right