Slavçev "Levski"yə havayı keçir?

"Levski" "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevin transferində israrını davam etdirir. Newsport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, Sofiya klubu qış fasiləsində onu heyətinə cəlb edəcəyinə inanır.

Bolqarlar konkret təkliflə 26 yaşlı orta sahə oyunçusunun "qapısını döyüb". Slavçev isə cavab verməyə tələsmir. Futbolçu dekabrda keçiriləcək oyunlardan sonra qərarını bildirəcək. Onun bir neçə ölkədən təklif almasına baxmayaraq, "Levski"yə müsbət cavab verməsi ehtimal edilir.

Petar Hubçevi baş məşqçi postuna gətirən sofiyalılar heyətin gücləndirilməsi yönündə danışıqlarını intensivləşdirib. Hubçevin Bolqarıstan millisindən yaxşı tanıdığı Slavçevin keçidinin havayı başa gəlməsi gözlənilir. Düzdü, onun "Qarabağ"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi. Lakin Ağdam klubu əsas heyətə düşməkdə çətinlik çəkən futbolçusunu klub tapacağı təqdirdə yola salmağa hazırdı.

Qeyd edək ki, Simeon Slavçev "Qarabağ"a ötən il "Sportinq"dən keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right