"Real" azarkeşləri Neymara: "Barselona"ya get!"

"Real" azarkeşləri Çempionlar Liqasının V tur oyunu üçün Madridə səfər edən PSJ-nin futbolçusu Neymarı xoş qarşılamayıb.

 

Newsport.az xəbər verir ki, fanatlar braziliyalı oyunçu komandanın avtobusundan düşərkən onu fitə basıb və "Barselona"ya get!" şüarları səsləndirib. "Sambaçı" azarkeşlərə heç bir reaksiya verməyib.

 

Neymar daha əvvəl "Real"ın əzəli rəqibi "Barselona"nın formasını geyinib. Ötən yay onun Madrid klubuna keçidi gündəmdə olsa da, PSJ futbolçusunu buraxmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right