Poqba "Mançester Yunayted"də oynamaq istəmir

Poqba qış transfer pəncərəsi zamanı "Mançester Yunayted"i tərk edə bilər.

 

Newsport.az xəbər verir ki, fransalı yarımmüdafiəçi bir müddətdi zədəsini sağaltsa da, meydana çıxmır. O, bu vəziyyətə görə "qırmızı şeytanlar"da qalmaq istəmir.

 

Komandanın baş məşqçisi Ule-Qunnar Sulşayer yayda Poqbanın satılmasına qarşı olsa da, baş verənlərdən sonra fikrini dəyişib. İngiltərə klubu 26 yaşlı futbolçunun satışından 150 milyon avro qazanmaq niyyətindədir.

 

"Real" və "Yuventus" Poqbanın xidmətində maraqlıdır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right