Yurçeviç qızını ərə verir

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin qızı Lana Yurçeviç ərə gedir.

Newsport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, o, bir müddətdir sevgili olduğu Makedoniya yığmasının sabiq üzü, hazırda Kiprin "Enosis Neon Paralimni" klubunda oynayan futbolçu Rista Riki Mitrevski ilə ailə həyatı qurur.

Artıq övlad gözləyən cütlüyün toy mərasimi dekabrın 27-də keçiriləcək. Toyun yeri isə hələ bilinmir.

Qeyd edək ki, Lana daha öncə "Atlantik Qrup"un baş direktoru və əsas sahibinin oğlu Emil Tedeski ilə münasibətdə olub. Ötən yay münasibətlərinə son qoyan cütlük bunun səbəbini açıqlamasa da, sonradan Yurçeviçin qızının 23 yaşlı Emildən xəyanətə görə ayrıldığı bəlli olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right