Azərbaycan kuboku: 1/8 finalın təqvimi açıqlandı

Azərbaycan kubokunda 1/8 final mərhələsinin təqvimi müəyyənləşib. Newsport.az xəbər verir ki, Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsilə oyunların cədvəlini açıqlayıb.

Bir oyundan ibarət olan mərhələnin görüşləri iki günü əhatə edəcək. Qarşılaşmalar dekabrın 3-də və 4-də keçiriləcək.

Azərbaycan kuboku

1/8 final

3 dekabr (çərşənbə axşamı)

15:00. “Keşlə” – “Kəpəz”

“ASCO Arena"

4 dekabr (çərşənbə)

14:00. “Zirə” – “Qaradağ Lökbatan”

Zirə İdman Kompleksinin stadionu

15:00. “Sabah” – “Ağsu”

“Bank Respublika Arena” (ehtiyat meydança)

17:00. “Sumqayıt” – “Zaqatala”

“Kapital Bank Arena”

Qeyd: Püşkatmaya uyğun olaraq “Qaradağ Lökbatan – Zirə” görüşü hər iki komandanın razılığı əsasında “Zirə - Qaradağ Lökbatan” qarşılaşması kimi oynanılacaq. “Sabah” – “Ağsu” matçından başqa bütün oyunlar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right