Çiçarito "Qarabağ"la oyunu gözləyir

İspaniya La Liqasının XIV turunda "Valyadolid" üzərində səfər qələbəsi qazanan (1:0) "Sevilya" bu gündən Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyunun hazırlıqlarına başlayacaq.

Newsport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Azərbaycan çempionu ilə qarşılaşmanı ən böyük səbirsizliklə gözləyən futbolçu Xavyer Ernandesdir.

"Qarabağ"la Bakıdakı qarşılaşmada cərimə zərbəsindən fərqlənən Çiçarito ləqəbli oyunçu yenidən əsas heyətə qayıtmaq baxımından "Qarabağ"la oyunu səbirsizliklə gözləyir. Baş məşqçi Xulen Lopeteqi "Valyadolid"lə matçda ehtiyatda saxladığı Meksika millisinin üzvünə Ağdam təmsilçisi ilə görüşdə şans verəcək. Yerli KİV Çiçaritonun özünü göstərmək baxımından bu qarşılaşmanın çox vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right