Simeon Slavçev: "Qarabağ"la müzakirəmiz olmayıb"

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstanın “Levski” klubundan təklif alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, 26 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında xəbəri təkzib edib:

“Bu, tamamilə fərziyyədir. “Levski” ilə heç bir danışığımız olmayıb. İndi gələcəyimlə bağlı heç bir şərh verə bilmərəm. Çünki “Qarabağ”da qalıb-qalmayacağımla bağlı rəhbərliklə heç bir müzakirəmiz olmayıb. Klubla müqaviləm var. Dəqiqləşdirmədən nəyəsə şərh verə bilmərəm”.

Slavçevin "Qarabağ"la müqaviləsi mövsümün sonuna qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right