"Qələbə seriyasını davam etdirmək istəyirik" Fernando

"Çətin rəqibə qarşı ağır oyun oldu. Çox diqqətli oynadıq və vacib qələbə qazandıq. İkinci qol üçün şanslarımız olsa da, istifadə edə bilmədik. Özümüzü səfərdəki kimi hiss etmədik".

Newsport.az saytının məlumatına görə, bunu "Sevilya"nın yarımmüdafiəçisi Fernando deyib. Braziliyalı futbolçu İspaniya mətbuatına açıqlamasında İspaniya La Liqasının XIV turunda "Valyadolid" üzərində qazanılan səfər qələbəsini (1:0) dəyərləndirib.

Vacib qələbə qazandıqlarını söyləyən 32 yaşlı orta sahə oyunçusu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək matça da münasibət bildirib. O, növbəti mərhələyə vəsiqəni təmin etmələrinə baxmayaraq, yalnız qalibiyyət barədə düşündüklərini vurğulayıb: "Bütün diqqətimizi "Qarabağ"la görüşə yönəltmişik. Yenə meydanda mübarizə aparmaq və qələbə seriyasını davam etdirmək istəyirik".

Qeyd edək ki, "Sevilya" - "Qarabağ" oyunu noyabrın 28-də "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right