"Qarabağ"la oyundan zövq alacağıq"

"Qələbə üçün çox çalışdıq, əziyyət çəkdik və layiq olduğumuz 3 xalı qazandıq". Newsport.az saytının məlumatına görə, bunu "Sevilya"nın yarımmüdafiəçisi Joan Jordan deyib.

İspaniya çempionatının XIV turunda "Valyadolid"in qonağı olan əndəlüs klubu səfərdən 1:0 hesablı qələbə ilə dönüb. Yerli mətbuata açıqlamasında matçı dəyərləndirən Jordan Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək görüşlə bağlı fikirlərini də bölüşüb.

25 yaşlı futbolçu Azərbaycan çempionu ilə görüşə də ciddi yanaşdıqlarını deyib: "İndi yalnız "Qarabağ"la oyunu düşünməliyik. Əminəm ki, cümə axşamı daha bir oyundan zövq alacağıq. Biz dayanmırıq, yolumuza davam edirik. Hədəfimiz həmişəki kimi, qələbə qazanmaqdı. Bunun üçün ən yaxşı şəkildə hazırlaşacağıq".

Qeyd edək ki, qrup mərhələsinin V turu çərçivəsində noyabrın 28-də keçiriləcək "Sevilya" - "Qarabağ" oyununu Bakı vaxtı ilə 00:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right