Aftandil Hacıyev: "Heyət güclənməlidi"

Liqasında XII turun "Səbail" - "Sabah" (1:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Aftandilı Hacıyev fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, məğlubiyyəti belə şərh edib:

"Bugünkü matç maraq doğururdu. İki komanda da turnir cədvəlində vəziyyəti yaxşılaşdırmaq istəyirdi. Həm qol epizodları, həm də qollar çox oldu. Heyətdə bəzi problemlərimiz var. Hücumçular Ağabala Ramazanov və Mirabdulla Abbasov zədəlidi. Son məğlubiyyətdən sonra az oynayanlara şans verdik. İkinci dövrə bizim üçün çətin oldu. Çalışacağıq ki, vəziyyəti yaxşılaşdıraq. Qış fasiləsində rəhbərliyin qərarlarından çox şey asılıdı. İddialı olacağıqsa, heyət güclənməlidi".

Baş məşqçi oyunun qırılma anının Adil Nağıyevin qırmızı vərəqə alması olduğunu vurğulayıb: "Təcrübəli futbolçular belə anlarda daha yaxşı çıxış etməlidir. Komandada bu çatışmır. Çünki gənc oyunçular çoxdur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right