Peyman Babayi: "Hər iki qolu onlara həsr edirəm"

"Sumqayıt"ın hücumçusu Peyman Babayi Premyer Liqanın 12-ci turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra  jurnalistlərə müsahibə verib.

 

Newsport.az-ın məlumatına görə, oyunda dubl edən futbolçu qələbəni şərh edib:

 

- Çətin oyun oldu. "Sabah"la matçda çox yaxşı çıxış edib, 3 xal qazanmışdıq. Bu həftə "Qarabağ"ın oyununu təhlil edib, zəif nöqtələrini öyrənmişdik. Birinci hissədə qol buraxmamaq üçün müdafiədə oynayırdıq. İkinci hissədə qol epizodlarımızın olacağını bilirdik. Çox sevinirəm ki, hər iki epizodda qol vurdum. Bu mövsüm "Qarabağ"ı ilk məğlub edən komanda "Sumqayıt" oldu. Növbəti turda isə "Keşlə" ilə qarşılaşacağıq. Çalışacağıq ki, yaxşı oynayaq.

 

- Qolların ikisi də eyni vəziyyətdə, küncə vurdun. Bunu hücumçunun bacarığı, yoxsa müdafiəçinin kobud səhvi ilə əlaqələndirmək lazımdır?

- Bilirsiniz ki, ölkənin ən yaxşı müdafiəçiləri, qapıçısı "Qarabağ"dadır. Mən əvvəlcə Ayxan Abbasova təşəkkür edirəm ki, bu vəziyyətlərdə üzərimdə çox işləyib. "Zirə"ilə görüşdə də 3-4 qol epizodum oldu, istifadə edə bilmədim, amma Ayxan Abbasov mənə çox dəstək oldu. Epizodlardan yararlanıb, qola çevirə bildiyim üçün sevinirəm.

 

- Valideynlərin də oyunu izləyirdi. İkinci qoldan sonra onlara yaxınlaşdın. Onların stadionda olması sizin üçün stimul oldu?

- Birinci dəfə idi ki, mənim oyunumu izləmək üçün stadiona gəlmişdilər. Çox sevinirəm. Hər iki qolumu onlara həsr edirəm.

 

 

- Asmir Beqoviçə qol vurmaq necə hissdir?

- "Qarabağ" kimi komandaya qol vurmaq hər bir hücumçunun arzusudur. Azərbaycan futbolu "Qarabağ"la tanınır. Hücumçu üçün qapıçının kim olmasının fərqi yoxdur. Mühüm olan budur ki, epizoddan yaxşı istifadə edəsən. "Sumqayıt"a kömək edə bildiyim üçün çox sevinirəm.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right