"Qəbələ" AFFA-nın himayəsinə keçəcək? - iclasda müzakirə olunacaq

AFFA-nın baş katibi Elxan Məmmədov qış fasiləsində sponsorsuz qalacağı gözlənilən “Qəbələ”nin vəziyyətindən danışıb.

Newsport.az-ın məlumatına görə, 40 yaşlı funksioner dekabrda keçiriləcək İcraiyyə Komitəsinin iclasında bununla bağlı müzakirə aparılacağını deyib:

"Bu məsələ növbəti iclasda müzakirə ediləcək. Dekabrda iclasımız olacaq. İstərdik ki, Qəbələdəki iş adamları, icra hakimiyyəti köməklik etsin. “Qəbələ” akademiyası Azərbaycan futboluna son 10 ildə böyük fayda verib. Bəhlul Mustafazadə bu akademiyada futbolçu kimi yetişdi. Digər futbolçular da klublarda oynayır, milli üzvləridir. Belə infrastrukturu olan klubu itirmək olmaz. Qəbələdə 6 təbii, 2 süni meydança var. Klub strukturu peşəkardır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right