"Qarabağ" "Sumqayıt"a uduzdu Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir matç keçirilib. Lider "Qarabağ"  "Sumqayıt"ın qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında ilk dövrədəki qarşılaşmada Ağdam klubu 2:0 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, turun digər görüşləri 23-24 noyabr tarixlərində oynanılacaq.

 

22 noyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ” - 2:1
Qollar:
 Xayme Romero, 36 (0:1), Peyman Babayi, 65 (1:1), 68 (2:1)
Qırmızı vərəqə: İsmayıl İbrahimli, 69 ("Qarabağ")
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right