“Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

Hollandiya millisinin sabiq üzvü Uesli Sneyder özünü Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə edib. Artıq karyerasını bitirən futbolçu bildirib ki, öz imkanlarından maksimum istifadə etsəydi, onlarla eyni səviyyədə ola bilərdi.

Newsport.az xəbər verir ki, o, bunları söyləyib: "100 faizimi versəydim, Messi və Ronaldo ilə eyni səviyyədə olardım. Amma mən bunu istəmədim. Peşman deyiləm, çünki bacara bilmədiyim üçün deyil, istəmədiyim üçün olmadı".

Qeyd edək ki, Sneyder bu ilin avqustunda 35 yaşında karyerasını başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right