"Qarabağ" nə "Yuventus", nə də "Lion"du"

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" bütün diqqətini La Liqa oyunlarına yönəldib. Newsport.az AS nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Xulen Lopeteqi sələfi Xorxe Sampaolinin rekordunu yeniləmək niyyətindədi.

Belə ki, argentinalı mütəxəssis 2016-cı ilin son 5 La Liqa matçının 4-də komandaya qələbə qazandırmışdı. Lopeteqi isə ilin son 5 görüşünün hamısında 3 xalı hədəfləyir. "Valyadolid", "Osasuna" və "Malyorka"nın qonağı olacaq əndəlüs təmsilçisi "Leqanes"lə "Vilyarreal"ı doğma azarkeşləri önündə qəbul edəcək.

Həmkarlarımız Lopeteqinin bu baxımdan həmkarından şanslı olduğunu düşünürlər. Çünki Sampaolidən fərqli, ispaniyalı mütəxəssis bütün diqqətini çempionat oyunlarına yönəldə biləcək: "Həmin vaxt çempionat matçlarının arasında "Sevilya" Çempionlar Liqasında "Yuventus" və "Lion"la qarşılaşmışdı. Ancaq indi Avropa Liqasında qrup birinciliyini təmin edib. Bu üzdən "Qarabağ" və APOEL-lə qarşılaşmalar formal xarakter daşıyır. Üstəlik, onu da nəzərə alaq ki, bu komandalar nə "Yuventus", nə də "Lion" səviyyəsindədi".

Qeyd edək ki, "Sevilya" qrup mərhələsinin V turu çərçivəsində noyabrın 28-də "Qarabağ"ı qəbul edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah