"Qarabağ"dan gedəcək ilk futbolçu bilindi: 4 ölkədən təklifi var

"Qarabağ"ın qış fasiləsində yollarını ayıracağı ilk futbolçunun adına aydınlıq gəlib. Newsport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Simeon Slavçev yanvarda komandasını dəyişəcək.

Məlumatda bildirilir ki, 26 yaşlı oyunçu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun gələcək planlarında yoxdu. Bu səbəbdən əsas heyətə düşə bilməyən Bolqarıstan millisinin üzvünə özünə yeni komanda axtara biləcəyi bildirilib.

Onun xidmətində ən çox maraqlı olan klub "Levski"di. Sofiya təmsilçisi orta sahə oyunçusuna cəlbedici təklif göndərib. Ancaq Slavçev onlara cavab verməyə tələsmir. Çünki Portuqaliya, Türkiyə və Rusiyadan da bir neçə təklifi var. Futbolçu gələcəyi ilə bağlı daha ciddi düşünmək üçün gözləməyi üstün tutur. Amma "Levski" də ondan əl çəkmir. Baş məşqçi Petar Hubçev Bolqarıstan yığmasını çalışdırarkən aparıcı oyunçularından olan Slavçevin mütləq alınmasını istəyir.

Qeyd edək ki, Simeon Slavçev "Qarabağ"a ötən il "Sportinq"dən keçib. Onun Azərbaycan çempionu ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right