AFFA rəsmisi Slovakiyaya göndərilir

A milli komandanın meneceri və AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən daha bir təyinat alıb. Newsport.az saytı xəbər verir ki, qitə futbol qurumu onu Slovakiyaya göndərmək qərarına gəlib.

Belə ki, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Slovan Bratislava” (Slovakiya) – “Reyncers” (Şotlandiya) oyununun UEFA nümayəndəsi məhz Zaur Hacı-Məhərrəmov olacaq.

Qeyd edək ki, görüş noyabrın 27-də Bratislavadakı “Milli futbol stadionu”nda baş tutacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right