AFFA yenə pul payladı

AFFA “cırtdan” ölkəyə qarşı qələbəni də mükafatlandırdı

Newsport.az-ın məlumatına görə, U 21 millimiz noybarın 14-ü Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixteynşteyn yığmasını qəbul edib. “Kapital Bank Arena”da keçirilən matç yığmamızın 1:0 üstünlüyü ilə bitib. Görüşdə yeganə qolu 65-ci dəqiqədə Barış Ekincier vurub.

U 21 millimizin bu qələbəsinə AFFA biganə qalmayıb. Sözügedən qarşılaşma üçün federasiya hər futbolçuya 2000 manat mükafat vəd edib.

Qeyd edək ki, millimiz ilk oyunda səfərdə rəqibinə 1:0 hesabı ilə uduzaraq, böyük biabırçılığa imza atmışdı. Bu oyuna qədər 56 rəsmi görüşün hamısında məğlub olan Lixteynşteyn ilk qələbəsini Azərbaycan millisinə qarşı alaraq, tarix yazmışdı. Qrum rəhbərliyi bundan öncə Slovakiya millisinə qarşı qələbəni də boş keçməmişdi. AFFA bu qələbə üçün hər futbolçuya 5000 manat mükafat vermişdi.

Digər əldə etdiyimiz bir məlumata görə isə dünən  U 21 millimiz  daha bir mükafat qazanma imkanını əldən verib. Belə ki, federasiya rəhbərliyi hətta Ukraynaya qarşı keçirilən yoxlama matçı üçün də futbolçulara pul paylamağa hazır olub.  “Dalğa Arena”da oynanılan matçda hesabı yığmamız açsa da, üstünlüyü sona qədər qoruya bilməyib. Qarşılaşma 1:1 hesabı ilə heç-heçə bitib. Əgər millimiz bu oyunda da qalib gəlsəydi AFFA hər oyunçuya daha bir 2000 manat verəcəkdi.

İdmanxebər-az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right