"Azərbaycan yığması səfərdə fərqli oynayır"

"Çətin oyun alındı. Azərbaycanın evlə müqayisədə səfər meydanlarında fərqli oynadığını bilirdik. Səfərdə olarkən etibarlı müdafiə olunurlar". Newsport.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının hücumçusu Robert Bojenik deyib.

20 yaşlı forvard yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsinin son turunda Azərbaycan üzərində qazanılan qələbəni şərh edib.

Gənc oyunçu ilk qolun işlərini asanlaşdırdığını söyləyib: "Oyuna köklənmək heç də asan olmadı. Çünki heç nə öz əlimizdə deyildi. Amma doğma azarkeşlərimizlə qələbə qazanaraq vidalaşmaq istədik. İlk qol bizə çox kömək etdi. Vaxt keçdikcə rəqib nisbətən açıq oyun göstərməli oldu ki, bu da bizə uyğun idi. Komandanı dəstəkləməyə gələn azarkeşlər də əla idilər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right