"Azərbaycan millisinə hörmət etmək lazımdır" - Lobotka

"Uelsin oyunun nəticəsini sonradan öyrəndik. Ancaq bizim matçın gedişində artıq vəziyyətin ürəkaçan olmadığını hiss edirdim. Çünki Uels-də bərabərlik olsaydı, bunu tribunalardakı azarkeşlər hiss etdirərdi".

Newsport.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin yarımmüdafiəçisi Stanislav Lobotka Avro-2020-nin seçmə mərhələsinin son turunda yığmamıza qalib gəldikləri oyundan (2:0) sonra yerli mətbuata açıqlamasınd deyib.
 
“Selta”nın futbolçusu millimiz üzərindəki qələbənin faydasız olduğunu bildirib: “Hər qələbə gözəldir. Ancaq bu qələbəmiz bir işə yaramadı. Təəssüf ki, paralel keçən görüşün nəticəsinə təsir edə bilmədik. Ancaq yenə də pley-offda bunu bacaracağımıza inanıram".

22 yaşlı futbolçu yığmamız haqda da danışıb: “İlk hissəni yaxşı keçirdik. Ancaq fasilədən sonra Azərbaycan daha yaxşı oynamağa başladı. Bir təhlükəli hücumları da oldu, az qala hesabı bərabərləşdirəcəkdilər. İkinci hissədə bir qədər irəlilədikdən sonra topu itirirdik. Bu, bizi çox yordu. Azərbaycanlı futbolçularının da özlərinə görə keyfiyyətləri var.  Xorvatlardan boş yerə xal almayıblar. Həmçinin Macarıstan və Uelsə də səfərdə əziyyət vermişdilər. Azərbaycan hörmətə layiq komandadır".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right