“Sumqayıt” - “Qarabağ” oyunundan əvvəl musiqili proqram

Azərbaycan Premyer Liqasının 12-ci turunda keçiriləcək “Sumqayıt” - “Qarabağ” matçından əvvəl xüsusi tədbir olacaq.

Newsport.az xəbər verir ki, bu barədə “Sumqayıt”ın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 22 noyabr Sumqayıta şəhər statusunun verilməsinin 70-ci ildönümünə təsadüf etdiyindən "Sumqayıt" - "Qarabağ" oyununun başlama saatından 30 dəqiqə əvvəl azarkeşlər və şəhər ictimaiyyəti üçün stadionda musiqili proqram təşkil ediləcək.

Qeyd edək ki, noyabr 22-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" – "Qarabağ" matçına saat 19:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right