"Qarabağ"dan 10 yaş təbriki

"Qarabağ"ın azarkeş qrupu "İmarət"in 10 yaşı tamam olub. Ağdamdakı məşhur “İmarət” stadionunun adını daşıyan bu azarkeş qrupunu 2009-cu il noyabrın 19-da vətənpərvər qarabağlı gənclər yaradıb.

“İmarət” bu gün Azərbaycan futbolundakı fan-klublar sırasında ən fəallardan biridir. Son illərdəki ən böyük uğurlarından biri də bəzi xarici ölkələrdə “İmarət”in bölmələrinin açılması olub.

Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın media xidməti Azərbaycan futboluna və kluba sadəqətlə xidmət edən, komandanın əsgərlərinə çevrilmiş “İmarət”in yaradıcılarını və bütün üzvlərini təbrik edib, “Qarabağ”ın və Azərbaycanın bayrağını doğma “İmarət” stadionunda qaldırmağı arzulayıb.

  




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right