"Bu qələbəyə sevinə bilmədik" Hamşik

Slovakiya millisinin kapitanı Marek Hamşik AÇ-2020-nin Azərbaycanla seçmə qrup oyunundan sonra yerli mətbuata açıqlama verib.
 
Newsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi qitə çempionatının final mərhələsinə vəsiqə qazana bilmədiklərinə görə Azərbaycan üzərində 2:0 hesablı qələbənin onlara yetərli olmadığını deyib.
 
"Oyunun çətin keçəcəyini bilirdik. Ona görə erkən qol vurmağa çalışdıq və buna nail olduq. Xüsusən ilk hissədə yaxşı oynadıq. Ancaq çox təəssüf edirəm ki, bu qalibiyyətdən sonra sevinə bilmədik. Biz vaxtında Uelsi üstələməli idik. Vəzifənin öhdəsindən gəlsəydik, indi sevinən tərəf biz olardıq".
 
E qrupunda 13 xal toplayan Slovakiya Uelsin evdə Macarıstana qalibiyyətindən sonra qrupda 3-cü yeri tutub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right