"...Azərbaycanı məğlub etmək heç nədi"

Slovakiya yığmasının yarımmüdafiəçisi Albert Rusnak federasiyanın rəsmi saytına müsahibə verib.Newsport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə bu gün keçiriləcək qarşılaşmanı dəyərləndirib.

- Azərbaycanla oyunöncəsi gərginlik hiss edirsinizmi?

- Çox vacib matçdı. Final mərhələsinə vəsiqə qazana biləcəyimizi başa düşürük. Gərgin olduğumuzu deməzdim. “Döyüşü” səbirsizliklə gözləyirik. Azarkeşlərin bizdən nə gözlədiyini bilirik.

- Seçmə mərhələdə ən yaxşı oyununuzu Bakıda 5:1 hesablı qələbə qazandığınız matçda keçirmisiniz. Bu, növbəti görüş öncəsi komandada nikbinlik yaradırmı?

- Orda çox yaxşı çıxış etdik. Taktiki tapşırıqları düzgün yerinə yetirdiyimiz üçün böyük hesabla qalib gəldik. Ancaq bütün matçlar 0:0-dan başlayır. İndi də belə olacaq.

- Bakıdakı qarşılaşmanı necə xatırlayırsınız?

- İki erkən qol vurduq, oyuna nəzarət etdik, topu özümüzdə saxladıq. Rəqibin qolundan sonra da istədiyimiz meydanda etdik və daha üç qol vurduq.

- Azərbaycanla ilk oyun tətil vaxtına düşmüşdü, həmçinin hava isti və rütubətli idi. Belə vəziyyətdən ustalıqla çıxmağı nə ilə əlaqələndirərdiniz?

- Azərbaycanın evdə arzuolunmaz rəqib olduğinu bilirdik. Orda kiminsə xal itirəcəyini düşünürdük. Ancaq bu, biz ola bilməzdik. Rəqibə yuxarıdan aşağı baxmadıq, qələbənin dəyərini başa düşdük. Bəzi futbolçular ağır mövsüm keçirməsinə baxmayaraq, oyunu yaxşı keçirməyi bacardılar.

- Trnavadakı oyunda nə daha vacibdi?

- İlk növbədə rəqibi qiymətləndirməliyik və yalnız qələbə barədə düşünməliyik. Çünki evdə oynayırıq. Amma bu o demək deyil ki, Azərbaycanı məğlub etmək heç nədi. Qarşılaşmaya məsuliyyətlə yanaşmalıyıq.

- Seçmə mərhələdə hər oyun önəmlidi. Amma bu dəfə yekun matça çıxırsınız. Psixoloji hazırlığınız necədi?

- Bu barədə çox düşünməyə ehtiyac yoxdu. Təsir edə biləcəyimiz yeganə məqam mübarizə aparmaqdı. Bizim vəzifəmiz də onun öhdəsindən gəlməkdi. Yalnız görüşdən sonra gələcək taleyimizə təsir edəcək Uels – Macarıstan matçının nəticəsinə fikir verəcəyik.

- Azərbaycan yığmasının güclü və zəif cəhətləri hansılardı?

- Rəqibin futbolçuları qaçacaq, mübarizə aparacaq. Onların ön xətdə fərdi ustalığa malik və komandanı arxasınca apara biləcək oyunçuları da var. Hesab nə qədər onların istədiyi kimi qalsa, bir o qədər istəkli olacaqlar. Bu üzdən bizə erkən qol lazımdı.

- Oyunu sizə doğma olan Trnavada keçirəcəksiniz. Buna necə yanaşırsınız?

- Paraqvayla yoldaşlıq görüşündə iştirak etməmişdim. Amma stadionda atmosfer çox gözəl idi. Seçmə mərhələni qələbə ilə bəzəsək, əla olar.

- Arenadakı atmosferlə bağlı gözləntiləriniz nələrdi?

- Həmişəki atmosferin olmasını gözləyirəm. Seçmə mərhələdə son matçımız olduğu üçün tribunaların dolacağını düşünürəm. Azarkeşlər 3 xal qazanmağımız üçün bizi dəstəkləyəcəklər.

- Dostlarınız və ailə üzvləriniz sizdən çox bilet istəyiblər?

- Belə istək həmişəkindən çox idi. Futbola marağı hiss etmək gözəldi. Çünki futbol azarkeşlər üçün oynanılır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah