Əliyar Ağayevdən 2 "sarı", 1 penalti

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Malta - Norveç oyununu azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edib. Newsport.az saytının məlumatına görə, Ta Qalidə baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb.

İlk hissə qarşılıqlı qola tamamlansa da, ikinci hissədə rəqib qapısından daha 1 top keçirən Norveç 2:1 hesablı qalibiyyətə sevinib. Ağayev həmin qarşılaşmada meydan sahiblərinin iki futbolçusunu sarı vərəqə ilə cəzalandırmaqla yanaşı, qapılarına penalti də təyin edib. Lakin 67-ci dəqiqədə norveçlilər həmin penaltini qola çevirə bilməyiblər.

Bu qələbə sayəsində xal sayını 17-yə çatdıran Norveç F qrupunu 3-cü pillədə tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right