"Azərbaycanda 60 dəqiqəyə hazır idim" Qaret Beyl

"DÇ-2018-in seçmə mərhələsinin son oyunundakı məğlubiyyətlə mundiala gedə bilməmişdik. Ancaq indi oyundan sonra özümüzü necə hiss etmək istədiyimizi yaxşı bilirik". Newsport.az saytının məlumatına görə, bunu Uels yığmasının hücumçusu Qaret Beyl deyib.

AVRO-2020-nin seçmə mərhələsində 3 gün əvvəl Bakıda Azərbaycan millisi üzərində 2:0 hesablı qələbə qazanan britaniyalılar bu gün Kardiffdə Macarıstanı qəbul edəcək. Oyunla bağlı fikirlərini bildirən komandanın lideri qələbəyə kökləndiklərini söyləyib.

İki il əvvəl öz meydanında İrlandiyaya məğlub olaraq dünya çempionatından kənarda qalan uelslilər yenidən bunu yaşamaq istəmirlər. Beyl isə matça tam hazır olduğunu və özünü yaxşı hiss etdiyini söyləyib: "Azərbaycanda özümü 60 dəqiqə sınayacağımı dedim və bu, uğurlu alındı. Uzun müddət oynamadığım üçün bu qədərinə hazır idim. Amma indi Macarıstanla matça tam hazıram".

Qeyd edək ki, Bakı vaxtı ilə 23:45-də start götürəcək Uels - Macarıstan görüşünün qalibi Avropa çempionatına vəsiqə qazanacaq. Qrupun digər oyununda Slovakiya Azərbaycan millisini qəbul edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah