Bəhlul Mustafazadə: “Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdır”

AÇ-2020-nin seçmə mərhələsində sabah Slovakiyanın qonağı olacaq Azərbaycan millisinin müdafiəçisi

Bəhlul Mustafazadə oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı futbolçu əvvəlcə görüş barədə fikirlərini bildirib:

“Sabahkı görüşün çətin olacağını bilirik. Rəqibin mərhələ adlamaq şansı var. Mənə görə, Slovakiya qrupdakı ikinci ən güclü komandadı. Sabahkı matçda vuruşacağıq, əlimizdən gələni edəcəyik ki, xal qazanaq”.

Bəhlul məqsədlərinin çətin səfər oyununda xal qazanmaq olduğunu söyləyib: “Hamşik kimi futbolçudan Azərbaycan yığmasının müdafiə xətti haqda müsbət fikirlər eşitmək xoşdu. Amma yalnız müdafiədə çıxış edənləri fərqləndirməzdim. Bütün komanda çalışacaq ki, uğur qazanaq. Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”.

Sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right