"Kimsə bizə xal hədiyyə etməyəcək" - Marek Hamşik

Slovakiya millisinin kapitanı Marek Hamşik AÇ-2020-nin seçmə mərhələsində sabah Trnavada Azərbaycanla keçirəcəkləri oyun haqda fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, yerli mətbuata danışan təcrübəli yarımmüdafiəçi qələbə qazanmaq istədiklərini bildirib: "Elə bir mərhələdəyik ki, burada kimsə bizə xal hədiyyə etməyəcək. 90 dəqiqə ərzində tam diqqətli olmalıyıq. Vaxtdan yaxşı istifadə etmək və qələbə qazanmaq istəyirik".

Kardiffdəki nəticə də bizim üçün önəmlidir. Bəlkə tribunadakı azarkeşlərimiz həmin oyunu telefonları vasitəsilə izləyəcəklər. Bizim diqqətimiz isə yalnız meydançada olacaq".

Qeyd edək ki, Hamşik Bakıda keçirilən oyunda (1:5) millimizin qapısına 2 top vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right