Azərbaycan Avropanın ən zəif 6 komandasından biri oldu

AÇ-2020-nin seçmə mərhələsində 9-cu turun oyunları başa çatıb.

Newsport.az-ın məlumatına görə, E qrupunda qərarlaşan Azərbaycan millisi 7-ci oyununda Uelsi qəbul etdi və 0:2 hesabı ilə uduzdu. Qələbəyə həsrət qalan Azərbaycan yığması bir xalla seçmə mərhələdə 55 komanda arasında ən pis göstəricələrə malik olan 6 millidən biridir.

Azərbaycanla yanaşı, Litva və Estoniya da bir xal qazanıb. San Marino, Cəbəllütariq və Latviya isə xalsızdır. Andorra, Moldova, Lixtenşteyn, Malta, Farer adaları kimi komandalar Azərbaycandan daha yaxşı göstəricilərə malikdir.

Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda 5 qol vurub, qapısından 16 top buraxıb.

Azərbaycan yığmasının son oyunu səfərdə Slovakiyaya qarşı olacaq.

 

Azərbaycan - 1 xal, 5:16

Litva - 1 xal, 5:25

Estoniya - 1 xal, 2:21

Cəbəllütariq - 0 xal, 2:25

Latviya - 0 xal, 2:28

San Marino - 0 xal, 1:46.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right