Niderlandda futbolçu irqçi azarkeşlərin cavabını qolla verdi

Niderland II Liqasında "Den Boş"la "Ekselsior" arasında oynanan matçda xoşagəlməz hadisə baş verib.

Newsport.az-ın məlumatına görə, qarşılaşma irqçi şüarlar səbəbi ilə dayandırılıb. Matçın 29-cu dəqiqəsində hesab 1:1 olarkən qonaq komandanın cinah oyunçusu Ahmad Mendes Moreyra iqrçiliyə məruz qalıb. Təhqirlər səbəbilə futbolçu meydanı tərk edib. Bundan sonra qarşılaşmanın baş hakimi oyunu 10 dəqiqəlik dayandırıb.

Matçın bərpasından sonra 44-cü dəqiqədə Moreyra fərqlənərək, komandasını hesabda önə keçirib. O, qoldan sonra irqçi azarkeşlərin qarşısında sevincini qeyd edib. Ancaq qonaqlar qələbə qazana bilməyib. Görüş 3:3 hesabı ilə başa çatıb. Oyunun gedişində sarı vərəqə ilə də cəzalandırılan Qvineya-Bisau əsilli niderlandlı futbolçu 85-ci dəqiqədə əvəzlənib.

 

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right