Amit Quluzadə bu dəfə Lüksemburqa yollanır

Milli komandamızın sabiq futbolçusu Amit Quluzadə karyerasını yenidən xaricdə davam etdirə bilər. 

Newsport.az-ın məlumatına görə, 26 yaşlı oyunçuya bu dəfə Lüksemburqdan təklif gəlib. Quluzadə “Differdanj” keçə bilər. Danışqılar hazırda davam edir və maddi məsələlərdə razılıq əldə olunarsa, millimizin sabiq üzvü Lüksemburqa yollanacaq.

“Neftçi” yetirməsi olan Amit karyerası ərzində “Kayseri Ərciyəsspor”, “Rəvan”, “Qəbələ”, “Sumqayıt”, “Səbail” “Atletiko”(Portuqaliya), “Larissa”(Yunanıstan), “Drita”(Kosovo), “Çelik”(Bosniya və Herseqovina) klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right