"Bizi "Qarabağ"la çətin oyun gözləyir" - Ayxan Abbasov

"Zirə" ilə yoxlama oyununda heç-heçə (0:0) edən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis Premyer Liqada az şans qazanan futbolçuları meydanda görmək istədiyini deyib:

"Çempionatda yaranmış fasilədən istifadə edib, yoxlama oyunu keçirdik. Liqada az şans verdiyimiz futbolçuları da iş başında görmək istəyirdik. Gələn həftə də bizi "Qarabağ"la çətin oyun gözləyir. Həftə ərzində yaxşı məşq edərək, qarşılaşmaya tam hazır olmağa çalışacağıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right