Zaur Həşimov: "Futbolçularda istədiyimizi görə bildik"

"Zirə"nin baş məşqçisi Zaur Həşimov "Sumqayıt"la yoxlama oyunundan (0:0) fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis az oynayan futbolçulara şans verdiyini deyib:

"Qarşılaşmanı keçirməkdə əsas məqsədimiz az meydana çıxan və zədədən qayıdan futbolçuların oyun praktikası qazanması idi. İstəyirdik ki, bir az oyunu, meydançanı hiss etsinlər. Hazır vəziyyətdə olan 10 futbolçumuz var idi, elə onlarla da meydana çıxdıq. Heç bir limitə fikir verməmişdik. Start heyətində 8 legioner çıxmışdı. Futbolçularda istədiyimizi görə bildik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right