"Çox çətin olacaq" - Millimizin üzvü

"Çox çətin olacaq. Son ev oyunumuzdur. Xalqımızı sevindirmək istəyirik".

Newsport.az-ın məlumatına görə, bu sözləri milli komandamızın üzvü Şəhriyar Rəhimov AÇ-2020-nin seçmə mərhələsinin Uelslə sabahkı oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

"Bizim üçün vacib qarşılaşmadır. Xalqımız üçün bacardığımızı edəcəyik. Millini layiqli şəkildə təmsil etmək istəyirik. Ümid edirəm ki, xallar qazanacağıq".

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels oyunu saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right