"Azərbaycan millisində heç bir dəyişiklik görmürəm" - Rayan Giqqz

Uels seçməsinin baş məşqçisi Rayan Giqqz AÇ-2020-nin seçmə mərhələsinin millimizlə oyunu öncəsi mətbuat konfransı keçirib. 

Newsport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis əvvəlcə bunları söyləyib.

- Bakıda olmaqdan məmnunam. Burada az müddət olacağıma baxmayaraq, xoş anlar keçirəcəyimi düşünürəm. Sabah mühüm oyun olacaq. Hər iki komandaya uğurlar arzulayıram. Meydana qələbə üçün çıxacağıq.

- Qaret Beylin vəziyyəti necədir?

- Qaret bu yaxınlarda zədələnmişdi. Amma vəziyyəti normaldır. Zədədən yenicə qayıtmasına baxmayaraq, baxmayaraq, hazırda Lourensin durumu da yaxşıdır. Sabah bir neçə vacib qərarlar qəbul edəcəyik.

- İllər əvvəl bizə qarşı futbolçu kimi oynamısız, indi isə baş məşqçi kimi rəqibsiz. Azərbaycan millisində hansı fərqləri görürsüz?

- Bəli, oynamışam. Azərbaycan millisində elə bir dəyişiklik görmürəm (gülür).

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right