Əliyar Ağayev Norveçin oyununa təyin olundu

Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. Newsport.az saytının məlumatına görə, qitə futbol qurumu FIFA referisini Maltaya göndərir.

Belə ki, o, AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Malta – Norveç oyununu idarə edəcək. Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, oyun noyabrın 18-də-də Ta Qalidəki Milli stadionda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right