"Azərbaycanın keyfiyyətli futbolçuları var" - Yan Qrequş

"Xorvatiyaya böyük hesabla uduzduğumuz oyunun üzərindən çox vaxt keçib. Həmin görüşdən çox şey öyrəndik".

Newsport.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının yarımmüdafiəçisi Yan Qrequş deyib.

28 yaşlı orta sahə oyunçusu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib. "Minnesota Yunayted"in üzvü ilk olaraq Xorvatiya ilə matça kökləndiklərini vurğulayıb: "Hamımızın düşüncəsi seçmə mərhələnin son oyunlarıdı. Xorvatiya və Azərbaycanla matçları səbirsizliklə gözləyirik. Məqsədimiz Avropa çempionatına vəsiqə qazanmaqdı və bunun üçün meydanda bütün gücümüzü ortaya qoyacağıq. Əvvəlcə Xorvatiya ilə səfər oyununda uğurlu nəticə göstərməliyik. Ondan sonra Azərbaycanla görüş barədə danışmaq olar".

Qrequş Azərbaycan yığması barədə də danışıb. O, seçmə mərhələnin son matçında millimizə qarşı ciddi hazırlaşacaqlarını söyləyib: "Azərbaycan millisi bizdən əvvəl Uelslə qarşılaşacaq. Təbii ki, biz öz meydanımızda qələbə qazanmağa çalışacağıq. Ancaq Azərbaycanın da keyfiyyətli futbolçuları var. Baxmayaraq ki, onların çoxu daxili çempionatda çıxış edir. İndi heç kim təkbaşına uğur qazana bilməz. Hər qarşılaşmaya məsuliyyətlə yanaşmalı və yüz faizlik gücümüzü ortaya qoymalıyıq".

Qeyd edək ki, sabah Xorvatiyanın qonağı olacaq Slovakiya yığması noyabrın 19-da Azərbaycan millisini qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right