“Biz uduzmamışıq, qələbə qazanmışıq" - Milan Obradoviç

Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç AVRO-2021-in seçmə mərhələsində Lixtenşteynlə matçdan (1:0) sonra fikirlərini bildirib.


O, “CBC Sport”a açıqlamasında qələbəni belə şərh edib:

“Oyuna tam hazır idik. Rəqibdən nə gözləyəcəyimizi bilirdik. Səbr etməli və öz məqamımızı gözləməliydik. Xüsusilə də ikinci hissədə. Lixtenşteynə qarşı ilk matçda da nəzarət əlimizdə idi. Təəssüf ki, orda fərqlənə bilməmişdik, ancaq bu dəfə lazım olan qolu vurduq. Futbolçuları təbrik edirəm. Bu gün çox istəkli idik. Təəəsüf ki, cəmi bir qol vurduq. Ancaq çoxlu imkanlarımız var idi”.

O, Lixtenşteyn kimi zəif rəqibə yalnız 1 qolla qalib gəlmələri barədə bunları deyib:

“Biz uduzmamışıq, qələbə qazanmışıq. Mənim yadıma gəlmir ki, Azərbaycan millisi hansısa rəqibi böyük hesabla udsun. Lazım olan qələbəni qazandıq. Mənim üçün vacib olan komandanın yaxşı oyunu, istəkli olmasıdı. Bunu da gördüm. Biz komanda olaraq inkişaf edirik. Mən də daha böyük hesab istəyərdim. Ancaq səbr etməliyik. Fərqli qələbələr də olacaq”.

Obradoviç seçmə mərhələdə geridə qalan 6 oyunun ümumi dəyərləndirməsini aparıb. Serbiyalı çalışdırıcı daha çox xal qazana biləcəklərini deyib:

“İlk oyuna – Lixtenşteynə uduzduğumuz matça baxsaq, razı deyiləm. Qalib gəlməliydik. Gürcüstana qarşı ilk hissədə pis oynadıq. İsveçrəyə qarşı yaxşı çıxış etmişdik, ancaq təəssüf ki, məğlub olduq. 6 yox, daha çox xal yığa bilərdik. Ümumi baxsaq, komandada inkişaf görünür. 5 gündən sonra Ukraynaya qarşı yoxlama oyunumuz var. Qalan oyunçularımızı yoxlamaq üçün yaxşı imkanımız olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right