“Neftçi”də qvineyalı futbolçu

“Neftçi” baxışa yeni futbolçu dəvət edib.

Newsport.az xəbər verir ki, bu, qvineyalı Yamussa Kamaradı. 

19 yaşlı Kamara hücumameylli yarımmüdafiəçidi. Vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

Qeyd edək ki, məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right