Prosineçkinin Beqoviçə cavabı: Çıxış yolunu "Qarabağ"a keçməkdə tapdı

Bosniya və Heresqovina yığmasının baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviçin fikirlərinə münasibət bildirib. Newsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis yerli mətbuata açıqlamasında Beqoviçin ittihamlarını cavablandırıb.

Prosineçki "Qarabağ"da icarə əsasında çıxış edən 32 yaşlı qolkiperi yığmaya çağırmamasının səbəbini də izah edib: "Asmir uzun müddət futbol oynamırdı. Çıxış yolunu "Qarabağ"a keçməkdə tapdı. Hazırda da çox yaxşı çıxış edir. Biz bu proseslərdən məmnunuq. Hər kəsin öz fikri var. Hətta Amir Beqoviç də ittiham etmək hüququna malikdi. Mən buna çox əhəmiyyət vermirəm. Bilirik ki, milli komanda üçün əlimizdən gələni edirik".

Asmir Beqoviçin atası Amir Beqoviç Bosniya və Herseqovina yığmasının heyəti açıqlandıqdan sonra oğluna dəvət göndərməyən Prosineçkini təlxək adlandırmışdı.

Qeyd edək ki, Bosniya və Herseqovina yığması AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah İtaliya ilə, noyabrın 18-də isə Lixtenşteynlə qarşılaşacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah