"Azərbaycanla matça daha ümidli çıxacağıq" Milan Şkriniar

"Çoxları xorvatlarla ilk matçdan və performansdan sonra bizə güvənmir. İndi tamamilə fərqli və müvəffəq olmaq üçün əlimizdən gələni edəcəyik". Newsport.az saytı xəbər verir ki, bu sözlər Slovakiya yığmasının müdafiəçisi Milan Şkriniara məxsusdu.

"İnter"in futbolçusu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsindəki şanslarını dəyərləndirib. 24 yaşlı mərkəz müdafiəçisi, xüsusən də, noyabrın 16-da Riyekada Xorvatiya ilə keçiriləcək qarşılaşmaya kökləndiklərini vurğulayıb: "Xorvatlarla ilk oyunla müqayisədə hər şeyi düzəltməliyik . Uelslə son görüşdəki çıxışımızı nümunə götürməliyik. Hətta bu dəfə ondan da yaxşı oynamalıyıq. Lovren və Vidanın olmamağı əlbəttə ki, onlar üçün itkidi. Geniş heyətləri olsa da, hər itki nəzərə çarpır. Bu dəfə güclü və daha təsirli olmalıyıq".

Şkriniar final mərhələsinə vəsiqə qazanmağın öz əllərində olduğunu söyləyib. O, noyabrın 19-da Azərbaycanla oyuna yüksək əhval-ruhiyyədə çıxmağın Xorvatiya ilə qarşılaşmadan asılı olduğunu əlavə edib: "Xorvatiya bizə 4:0 hesablı qələbədən sonra Azərbaycanla matçda xal itirdi. Bundan başqa Millətlər Liqasında ispanlardan 6 qol buraxdılar. Ancaq belə şeylərə güvənmək olmaz. Böyük işlər görə biləcək böyük oyunçuları var. Düşünürəm ki, Xorvatiya ilə matçı daha böyük stadionda keçirməyimiz yaxşı olardı. Hətta onların futbolçuları da vacib qarşılaşmanın Riyekaya salınmasına narazıdılar. İstənilən halda qələbə qazanmalıyıq. Təbii ki, Xorvatiya ilə qarşılaşmanın nəticəsindən çox şey asılı olacaq. Ümid edirəm ki, seçmə mərhələdə son matça daha ümidli çıxacağıq".

Qeyd edək ki, slovaklar hər iki oyunda qələbə qazanarsa, qrup birincisi kimi Avropa çempionatına vəsiqə əldə edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right