"Xorvatiyanın Azərbaycanla oyunu göstərdi ki..."

"Klub məsuliyyətimi artıq yığmaya dəyişmişəm. Əminəm ki, yenidən millinin oyunlarına köklənə biləcəm". Newsport.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının hücumçusu Lukaş Haraslin deyib.

23 yaşlı futbolçu yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçiriləcək oyun oyunlar barədə danışıb.

O, xorvatları yenəcək gücdə olduqlarını düşünür: "Hamımız nə istədiyimizi bilirik. Fikrimizdə yalnız bir nəticə var: final mərhələsinə vəsiqə qazanmaq. Bunun necə əldə olunacağını da bilirik. Əvvəlcə Xorvatiyaya, daha sonra isə Azərbaycana diqqət yetirməliyik. Xorvatlarla ilk oyunu idarə edə bilmədik və zəif çıxış etdik. Ancaq hər matç fərqlidi. Onlar da ardından Azərbaycanla görüşdə büdrədi. Deməli, onlarla mübarizə apara bilərik. Amma Trnavadakından fərqli çıxış etməliyik. Ən azı Macarıstandakı oyunu təkrarlamalıyıq. Xorvatiya dünya səviyyəli futbolçulara malikdi. Ancaq bizim də əla oyunçularımız var. Riyekada 120 faizlik performans göstərməliyik".

Qeyd edək ki, hazırda 10 xalla 3-cü pillədə qərarlaşan Slovakiya noyabrın 16-da Xorvatiya, 19-da isə Azərbaycan üzərində qələbə qazanacağı təqdirdə, Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah