"Qarabağ"ın futbolçusu kollektivdən ayrı qalıb

AVRO-2020-nin seçmə mərhələsinin son oyununda Çexiya ilə qarşılaşacaq Bolqarıstan yığması hazırlığını davam etdirir. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu gün Paraqvayla yoldaşlıq görüşü keçirəcək komanda son məşqini tam heyətlə edə bilməyib.

Belə ki, yarımmüdafiəçi Simeon Slavçev dünən kollektivdən ayrı, fərdi çalışıb. Zədədən qayıdan "Qarabağ"ın futbolçusunun heç bir problemi olmadığı bildirilib. Hətta məşqçilər korpusu onun Paraqvayla bugünkü qarşılaşmaya hazır olacağını düşünür.

Qeyd edək ki, Bolqarıstan həm Paraqvayı, həm də seçmə mərhələ çərçivəsində noyabrın 17-də Çexiyanı Sofiyada qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right