Ramin Musayev: "Xarici şirkətin sponsorluğuna icazə verilmədi"

"Azərbaycan kubokunda 12 komandanın olması nə məndən, də də jurnalistlərdən asılıdı". Newsport.az saytının məlumatına görə, bun Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Qurum rəhbəri Azərbaycan kubokunun püşkatma mərasimində çıxış edərək, Region Liqasındakı komandaların heç birinin bu turnirdə iştirak üçün onlara müraciət etmədiyini söyləyib: "Hətta həvəskar komandaların yarışa qatılması əsasnaməyə uyğun gəlməsə də, buna icazə verməyə hazır idik".

Musayev Premyer Liqaya sponsorluq etmək istəyən xarici şirkətlə danışıq apardıqlarını, lakin həmin qurumun Azərbaycanda lisenziyası olmadığı üçün razılıq verilmədiyini vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right