“Bakıdan xalla dönmək asan iş deyil, APOEL bunu bacardı”

“APOEL-dən APOEL-ə ad günü hədiyyəsi və ya möhtəşəm geridönüş. Keçmiş keçmiş olaraq qalır, söz yox. Lakin gələcəkdə başına elə işlər gəlir ki, ötən günləri tez unudursan, yada salmaq belə istəmirsən“.

Newsport.az xəbər verir ki, Kiprin reporter.com.cy saytı Nikosiya təmsilçisinin Avropa Liqasındakı çıxışına yer ayırıb. Həmkarlarımız “Qarabağ“ üzərində 2:1 hesablı qələbənin əhəmiyyətini önə çəkib:

“Qrupdakı mübarizəyə “F91 Düdelanj”, ardınca “Sevilya” məğlubiyyətləri ilə başlayan “sarı-göylər” bir anda bütün ümidləri puç etmişdi. Barmaqla sayıla biləcək qədər az sayda adam xoş gələcəyə ümid edir, bu komandanın pley-offa yüksələcəyini təxmin edə bilərdi.

Çünki qarşıda “Qarabağ”la səfər qarşılaşması vardı. Bakıdan xalla qayıtmaq hər komandanın işi deyil. APOEL bunu bacardı, “Qarabağ”la səfər görüşündə uduzmamaqla psixoloji üstünlük qazandı.

Növbəti hədəf bu komandanı GSP-də məğlub edib bir addım önə keçmək idi. Oyunun əvvəli meydan sahibləri üçün hər nə qədər üzücü başlasa da, ikinci yarının əvvəlində hər nə qədər çətin anlar yaşasalar da, sonluq ürəkaçan oldu.

Qonaqların qapısına iki dəfə yol tapan APOEL xalların sayını 4-ə çatdırıb, şəxsi oyunlardakı nəticələrə görə “Qarabağ”ı qabaqladı. İki gün öncə qrup sonuncusu, bu gün isə ikinci pillə. Futbolçular xarakter göstərdi, Tomas Doll ağıllı taktika və futbolçu seçimi etdi. Lakin bu hələ son deyil.

Qarşıda daha iki oyun var. APOEL-in qrupdan çıxmaq şansı öz əlindədir. Bunun üçün “F91 Düdelanj”ı səfərdə məğlub etmək lazım gələcək. Yeri gəlmişkən, noyabrın 8-də APOEL-in 93 yaşı tamam oldu. Bundan gözəl ad günü hədiyyəsi nə ola bilərdi, sizcə?”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right