Uels millisində daha bir itki

Avro-2020-nin seçmə mərhələsində millimizlə qarşılaşacaq Uels yığması daha bir itki ilə üzləşib.

Newsport.az “Sky Sports”a istinadən xəbər verir ki, müdafiəçi Nil Teylor heyətdən çıxarılıb.

“Aston Villa”nın futbolçusu şəxsi işlərinə görə baş məşqçi Rayan Giqqzdən icazə istəyib. Onun əvəzinə milliyə kimin dəvət ediləcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, yarımmüdafiəçilər Devid Bruks (“Bornmut”), Co Uilyams (“Sanderlend”) və müdafiəçi Co Rodon (“Suonsi”) zədəli olduğundan, Co Allen (“Stok Siti”) isə cəzalı olduğu üçün millimizlə oyunu buraxacaq.

Yoyabrın 16-da Bakıda yığmamızın qonağı olacaq Uels millisi 3 gün sonra Macarıstanı qəbul edəcək.

REKLAM

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right