Azərbaycan kubokunun püşkü atılır

u gün Azərbaycan kubokunda 2019/20 mövsümünün püşkatma mərasimi keçiriləcək.

 

Newsport.az xəbər verir ki, kubokda Premyer Liqada iştirak edən 8 klub və I Divizionun 4 təmsilçisi - “Zaqatala”, “Kəpəz”, “Ağsu” və “Qaradağ Lökbatan” iştirak edəcək.

 

Ötən mövsüm Premyer Liqada 5-8-ci yerləri tutmuş "Zirə", "Sumqayıt", "Sabah" və "Keşlə" ilkin mərhələdə I Divizion klublarına rəqib olacaqlar. Bir mərhələdən ibarət olacaq turda qalib olacaq kollektivlər 1/4 finalda "Qarabağ", "Neftçi", "Səbail" və "Qəbələ" ilə qarşılaşacaqlar.

 

İlkin təsnifatın oyunları dekabrın 4-ü baş tutacaq. 1/4 finalın qarşılaşmaları 15-16 dekabrda, cavab matçları islə 19-20 dekabrda baş tutacaq.

 

Püşkatma mərasimi AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right