"Onlarla matçda maksimumu keçməliyik" slovakiyalı hücumçu

"Klubdakı kimi, yığmada da qollar vurmağa çalışacam. Ancaq önəmli olan məsələ özümüzü meydanda komanda şəklində təqdim etməkdi. Qolu kimin vurmasının fərqi yoxdu". Newsport.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının hücumçusu Samuel Mraz deyib.

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçiriləcək oyunlar üçün yığmaya çağırılan "Brondbü"nün forvardı artıq kollektivə qoşulub.

Klubunun heyətində keçirdiyi son matçda dubl edərək, 3 xal qazandıran 22 yaşlı oyunçu bunu yığmada da davam etdirmək niyyətindədi. Mraz, xüsusən də, Xorvatiya ilə görüşə kökləndiklərini söyləyib: "Qarşıdakı iki matçda hədəf bizi Avropa çempionatının final mərhələsinə daşıyacaq nəticələri göstərməkdi. Xorvatiyaya ilk oyundakı 0:4 hesablı məğlubiyyəti unutmalıyıq. Bunu bacarsaq, əminəm ki, uğurlu çıxış edəcəyik. Xorvatiyanın indi müdafiə xətti ilə bağlı problemləri var. Fikrimcə, bu, bizim üçün üstünlükdü. Xorvatiya və Azərbaycanla matçda maksimum gücümüzü ortaya qoymalıyıq. Xüsusən də, Xorvatiya önündə maksimumu da keçməliyik".

Qeyd edək ki, noyabrın 16-da Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right