Rüfət meydana çıxıb, komandasını xilas etdi

Almaniya 3-cü Bundesliqasında 15-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Proyssen” doğma meydanda Braunşveyq "Ayntraxt"ı ilə qarşılaşıb.

70-ci dəqiqədə meydana çıxan Rüfət hesabda 0:1 geridə olan komandasını məğlubiyyətdən xilas edib. Cari mövsüm aktivində 4 qol olan forvard görüşün başa çatmasına 4 dəqiqə qalmış məhsuldar ötürmə ilə yadda qalıb - 1:1.

Münster klubu topladığı 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right